Cəlilabadda məktəb binasında yanğın olub

Cəlilabadda məktəb binasında yanğın olub
# 07 avqust 2020 04:22 (UTC +04:00)

Cəlilabad rayonunda yanğın baş verib.

APA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Cəfərli kəndində qeydə alınmış hadisə zamanı ümumi sahəsi 170 kv/m olan birmərtəbəli, dördotaqlı orta məktəb binasının iki otağının və dəhlizinin yanar konstruksiyaları 96 kv/m sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR