DİN Bakıda iki qardaşın düşdüyü qəza ilə bağlı məlumat yayıb

DİN Bakıda iki qardaşın düşdüyü qəza ilə bağlı məlumat yayıb
# 06 yanvar 2021 12:46 (UTC +04:00)

Daxili İşlər Nazirliyi Bakıda iki qardaşın düşdüyü qəza ilə bağlı məlumat yayıb.

DİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, yanvarın 5-də saat 9 radələrində Binəqədi rayonu ərazisində Abşeron rayon sakini E.Qasımov idarə etdiyi “KİA” markalı avtomobili qarşıda gedən “UAZ” markalı avtomobilə vurub.

Nəticədə E.Qasımovun sərnişini olan qardaşı hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR