DİN Bərdədə baş verən traktor qəzası ilə bağlı məlumat yayıb

DİN Bərdədə baş verən traktor qəzası ilə bağlı məlumat yayıb
# 08 iyul 2020 12:03 (UTC +04:00)

Daxili İşlər Nazirliyi (DİN) Bərdədə baş verən traktor qəzası ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyulun 7-də saat 18 radələrində Bərdə rayonunun Bala Ərəblər kəndi ərazisində Güloğlular kənd sakini Yelmar Məmmədov idarə etdiyi “JT” markalı traktoru su arxına salıb.

Nəticədə sürücü suda boğularaq ölüb, sərnişini xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR