DİN: Ötən gün yaşayış yerlərini tərk edən 49 nəfər COVID-19 xəstəsi müəyyən olunub

DİN: Ötən gün yaşayış yerlərini tərk edən 49 nəfər COVID-19 xəstəsi müəyyən olunub
  • Clock-gray 10:55
  • calendar-gray 16 Dekabr 2020

COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər davam etdirilir

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dekabrın 15-də polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən respublika ərazisində ictimai yerlərdə yaşayış yerlərini tərk edən 49 nəfər aktiv COVID-19 xəstəsi müəyyən olunaraq saxlanılıb və tibbi qaydalar gözlənilməklə yaşadıqları evə qaytarılıb. 

Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə 32 nəfər barəsində cinayət işi başlanılıb, istintaq araşdırmaları davam etdirilir.

Səlcuq Elçin

Digər xəbərlər