DİN Qazaxda ata və oğulun öldüyü yol qəzası ilə bağlı məlumat yayıb

DİN Qazaxda ata və oğulun öldüyü yol qəzası ilə bağlı məlumat yayıb
# 22 mart 2021 13:10 (UTC +04:00)

Daxili İşlər Nazirliyi (DİN) Qazaxda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, martın 20-də saat 18 radələrində Qazax rayonunun Çaylı kəndi ərazisində rayon sakinləri Ziyarət Xəlilovun idarə etdiyi “Mercedes” və M. Məmmədovun idarə etdiyi “VAZ-2103” markalı avtomobillər toqquşub.

Nəticədə Z.Xəlilov və sərnişini olan oğlu Elvin hadisə yerində ölüb, digər sərnişini xəstəxanaya yerləşdirilib.

Qazax RPŞ tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR