Daha iki cəbhəboyu rayonda əl qumbarası və aviabombalar aşkarlanıb

Daha iki cəbhəboyu rayonda əl qumbarası və aviabombalar aşkarlanıb
# 07 yanvar 2021 07:10 (UTC +04:00)

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ağcabədi rayonunun Avşar kəndi və Ağstafa rayonunun Xətai kəndi ərazisində mərmilərin və əl qumbarasının tapılması barədə məlumatlar daxil olub.

ANAMA-dan APA-ya verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Ağcabədi və Ağstafa rayon Polis Şöbələrinin əməkdaşları əraziyə göndərilib və birlikdə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb.

Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Ağcabədi rayonu ərazisində 1 ədəd RQD-5 əl qumbarası və Ağstafa rayonu ərazisində 6 ədəd aviabomba (P-50) aşkar olunub, götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Əl qumbarasının və aviabombanın ətrafında 250 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR