Daşkəsəndə iki avtomobil toqquşub, xəsarət alanlar var

Daşkəsəndə iki avtomobil toqquşub, xəsarət alanlar var
# 11 fevral 2021 16:58 (UTC +04:00)

Daşkəsəndə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Daşkəsən-Gəncə yolunun Daşkəsənin Bayan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan BMW markalı avtomobil “Chevrolet” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində 2 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR