Dövlətə xəyanətdə təqsirləndirilən şəxslərin cinayət işi məhkəməyə göndərilib

Dövlətə xəyanətdə təqsirləndirilən şəxslərin cinayət işi məhkəməyə göndərilib
  • Clock-gray 09:48
  • calendar-gray 28 Yanvar 2021

Dövlətə xəyanətdə təqsirləndirilən Caməmməd Əbubəkirov və Heydər Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA xəbər verir ki, təqsirləndirilən şəxslərin barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Eldar İsmayılovun icraatına verilib.

Qeyd edək ki, hər iki şəxs xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıqda təqsirləndirilir. Onlar Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs edilib. Hər iki şəxsə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham verilib.

Səlcuq Elçin

Digər xəbərlər