Gəncədə 24 yaşlı gənc bıçaqlanıb

Gəncədə 24 yaşlı gənc bıçaqlanıb
# 07 fevral 2021 16:24 (UTC +04:00)

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə şəhərin Muxtar Hacıyev küçəsində qeydə alınıb.

1997-ci il təvəllüdlü Əhmədov Ayxan Abbas oğlu qarının kəsilmiş və deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstə əməliyyat olunub, vəziyyətinin orta ağır olduğu bildirilir. Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil.

Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR