Gəncədə evdən 6 min manatlıq oğurluq olub

Gəncədə evdən 6 min manatlıq oğurluq olub
  • Clock-gray 12:51
  • calendar-gray 06 Noyabr 2020

Gəncədə mənzildən 6400 manatlıq oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Nizami (Gəncə) Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 22-də Gəncə şəhərindəki evlərin birindən 500 manat pul və 5900 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş C.Kazımov saxlanılıb.

Sail Ağasəlim

Digər xəbərlər