Gəncədə iki qardaş bir-birinə bıçaqla xəsarət yetirib

Gəncədə iki qardaş bir-birinə bıçaqla xəsarət yetirib
  • Clock-gray 07:44
  • calendar-gray 28 Yanvar 2020

Gəncədə bıçaqlanma olub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Cavadxan qəsəbəsində qeydə alınıb.

2000-ci il təvəllüldü Osmanlı Fərid Firuz oğlu bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstəya lazımi tibbi yardım göstərilib. 20 yaşlı gənc əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, bıçaqlanan şəxs yaşadğı evdə qardaşı - 1992 il təvəllüdlü Osmanlı Ceyhun Firuz oğlu ilə dava edib. Hadisə sonradan əlbəyaxa davaya çevrilib. Dava zamanı C.Osmanlı da xəsarət alıb.

Hadisə ilə bağlı polisə məlumat verilib. Faktla bağlı araşdırma aparılır.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date