Gəncədə naməlum avtomobil piyadanı vuraraq qaçıb

Gəncədə naməlum avtomobil piyadanı vuraraq qaçıb
# 21 iyul 2020 00:34 (UTC +04:00)

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın əldə etdiyi məlumata görə, hadisə şəhərin Cavad Xan qəsəbəsində qeydə alınıb.

Naməlum avtomobil ortayaşlı kişini vuraraq qaçıb. Yaralı təcilli tibbi yardım briqadası ilə xəstəxanaya yerləşdirilib. Sərxoş olduğu deyilən piyadanın vəziyyətinin ağır olduğu bildirilir.

Hazırda piyadanın kimliyi dəqiqləşdirilir və qəzanı törədən avtomobilin tapılması istiqamətində axtarışlara başlanılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR