Goranboy sakini ağacdan yıxılıb

Goranboy sakini ağacdan yıxılıb
# 12 dekabr 2019 17:21 (UTC +04:00)

Goranboyda bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, rayonun Səmədabad kənd sakini, 1999-cu il təvəllüdlü Fərəcov Rəhman Nadir oğlu yaşadığı evin həyətində ağacdan yıxılıb. Xəstə dərhal yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib. Gənc oğlana qarın boşluğunun və böyrəyin küt travması diaqnozu qoyulub. Xəstə əməliyyata götürülüb. Vəziyyətin orta-ağır olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR