Gülər Əhmədovanın oğlu barəsində həbs qətimkan tədbiri seçilib - YENİLƏNİB-1

Gülər Əhmədovanın oğlu barəsində həbs qətimkan tədbiri seçilib - YENİLƏNİB-1
# 12 fevral 2020 18:28 (UTC +04:00)

Sabiq müllət vəkili Gülər Əhmədovanın oğlu Toğrul Əhmədov məhkəmə qarşısına çıxarılıb.

APA-nın məlumatına görə, T.Əhmədov Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah saxlama) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

T.Əhmədov Bakı İstintaq Təcridxanasına köçürülüb.

***

saat 17:22

Sabiq millət vəkili Gülər Əhmədovanın oğlu saxlanılıb.

APA-nın əldə etdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Toğrul Əhmədovun sabiq millət vəkili Gülər Əhmədovanın oğlu olduğu məlum olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov APA-ya faktı təsdiqləyib.

Xatırladaq ki, T.Əhmədovun avtomobilindən silah götürülməsi barədə Daxili İşlər Nazirliyi fevralın 10-da məlumat yayıb. Onun Gülər Əhmədovanın oğlu olması barədə ilk xəbəri isə “baku.ws” saytı yazıb.

***

10 fevral, saat 11:42

Bakı sakinindən qanunsuz silah götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının rayonu ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini T.Əhmədovun idarə etdiyi BMW markalı avtomobildən “Glock-19” markalı tapança, 2 ədəd patron darağı və 38 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR