Gürcüstanda həbsdə olan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

Gürcüstanda həbsdə olan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
# 31 avqust 2020 11:24 (UTC +04:00)

2020-ci ilin iyul ayına olan məlumata görə, Gürcüstanda 104 Azərbaycan vətəndaşı həbsdə saxlanılır.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Qeyd olunub ki, bu göstərici əvvəlki ayla müqayisədə 1 nəfər çoxdur. Həbs edilən Azərbaycan vətəndaşlarından 85-i kişi, 9-u qadındır.

Barələrində məhkəmə hökmü olmayan 10 Azərbaycan vətəndaşından isə 6-sı kişi, 4-ü qadındır.

Bundan başqa qonşu ölkədə 29 Azərbaycan vətəndaşı probasiya nəzarətində saxlanılır ki, onlardan 28-i kişi, 1-i qadındır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR