Hacıqabulda avtomobil betona çırpılıb, xəsarət alanlar var

Hacıqabulda avtomobil betona çırpılıb, xəsarət alanlar var
  • Clock-gray 23:44
  • calendar-gray 11 Oktyabr 2020

Hacıqabulda baş verən yol qəzasında 3 nəfər xəsarət alıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun Hacıqabul rayonunun Qarasu kəndindən keçən hissəsində qeydə alınıb.

“Hyundai” markalı 10-CR-711 dövlət qeydiyyat nişanlı avtomobilin beton dirəyə dəyərək aşması nəticəsində 3 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Əlibəy Zeynallı

Digər xəbərlər