Heydər Əliyev prospektində hərəkət qismən bərpa olunub - YENİLƏNİB

Heydər Əliyev prospektində hərəkət qismən bərpa olunub - YENİLƏNİB
# 19 fevral 2021 11:39 (UTC +04:00)

Heydər Əliyev prospektində qəza baş verən hissədə yük avtomobili kənara çəkilib.

Bu barədə APA-ya Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Hərəkət qismən bərpa olunub. Yolda sıxlıq var.

***

11:27

Heydər Əliyev prospekti köməkçi yolda hərəkət tam olaraq dayanıb.

Bakı Nəqliyyat Agentliyindən APA-ya verilən xəbərə görə, buna səbəb şəhər istiqamətində köməkçi yolda yol-nəqliyyat hadisəsinin baş verməsidir.

Hazırda bütün ekspress və müntəzəm xətt avtobusları şəhər istiqamətində hərəkət edə bilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR