“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibinin həbsinin detalları məlum olub

“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibinin həbsinin detalları məlum olub
  • Clock-gray 22:07
  • calendar-gray 06 Aprel 2021

“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovun həbsinin detalları məlum olub. 

Baş Prokurorluğun Mətbuat Xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, istintaqla İ.İsmayılovun 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib. 

Ona Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci  maddələri ilə ittiham elan  edilməklə Binəqədi rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. 

 

apa-logo-mini

Digər xəbərlər