İmişlidə ağır yol qəzasında 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb

İmişlidə ağır yol qəzasında 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb
  • Clock-gray 02:10
  • calendar-gray 12 Mart 2021

İmişlidə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

APA-nı Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bəhrəmtəpə magistral yolunda qeydə alınıb. 

“VAZ 2106” və “VAZ 2107” markalı avtomobillərin toqquşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. 

Sərnişinlərdən biri - Cəbrayıl rayon sakini, 1973-cü il təvəllüdlü Vəliyev Tahir Cavad oğlu  hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

 

Əlibəy Zeynallı

Digər xəbərlər