İmişlidə qadını elektrik cərəyanı vuraraq öldürüb

İmişlidə qadını elektrik cərəyanı vuraraq öldürüb
# 06 iyun 2020 22:38 (UTC +04:00)

İmişlidə yaşlı qadını cərəyan vuraraq öldürüb

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə İmişli rayonunun Ağamalılar kəndində baş verib.

Həmin kəndin sakini, 1937-ci il təvəllüdlü Səfərova Zibeydə Nüsrət qızı elektrik çaydanının naqilində olan nasazlıq səbəbindən cərəyan vurması nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR