İmişlidə qaz partlayışında xəsarət alanlardan biri ölüb

İmişlidə qaz partlayışında xəsarət alanlardan biri ölüb
  • Clock-gray 09:15
  • calendar-gray 25 Fevral 2021

Fevralın 17-də İmişli rayonunun Sarxanlı kəndində fərdi yaşayış evində qaz sızmasından baş verən partlayış zamanı yanıq xəsarəti alan 1963-cü il təvəllüdlü Atakişiyev Səfər Knyaz oğlu Bakı yanıq mərkəzində dünyasını dəyişib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, partlayışda xəsarət alan digər 2 nəfərin - İmişli sakinləri 1961-ci il təvəllüdlü Atakişiyev Tahir Knyaz oğlu və 1960-cı il təvəllüdlü Atakişiyeva Ofeliya İdris qızının müalicəsi davam etdirilir.

Əlibəy Zeynallı

Digər xəbərlər