İntihar edən sevgilisini xilas etmək istəyən oğlan özünü dənizə atıb - TƏFƏRRÜAT - YENİLƏNİB

İntihar edən sevgilisini xilas etmək istəyən oğlan özünü dənizə atıb - TƏFƏRRÜAT - YENİLƏNİB
# 25 fevral 2020 12:30 (UTC +04:00)

Bakıda qız və oğlan dənizə düşüb.

APA-nın məlumatına görə, hadisə Dənizkənarı Milli Parkda qeydə alınıb. Sabirabad sakini, 1994-cü il təvəllüdlü Günel Müğdət qızı Rzayeva intihar məqsədi ilə özünü dənizə atıb. Bu zaman qızın yanında olan sevgilisi, 1995-ci il təvəllüdlü Balahüseyn Zöhrab oğlu Məmmədov onu xilas etmək üçün suya tullanıb.

Dənizkənarı Bulvar İdarəsinin əməkdaşları oğlanı xilas edərək sudan çıxarıblar. Qızın axtarışları isə davam etdirilir.

Faktla bağlı Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

***

saat 09:46

Bakıda bir nəfər dənizə düşüb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Səbail rayonunda, Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub. Hadisə yerinə Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR