İsmayıllı sakinlərindən 6 ədəd odlu silah götürülüb

İsmayıllı sakinlərindən 6 ədəd odlu silah götürülüb
# 19 fevral 2021 10:31 (UTC +04:00)

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları ayrı-ayrı vətəndaşlar tərəfindən evlərdə qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində bir neçə uğurlu əməliyyat-axtarış tədbiri həyata keçiriblər.

APA-nın yerli bürosunun xəbərinə görə, keçirilən tədbir zamanı rayonun İstisu kənd sakinləri- Elşad və Səyyar Əzizovlar, Akif və Vüsal Süleymanovlar, Fuad Qəribov, Ceyhun Haşımovun hər birindən müvafiq sənədləri olmayan, ümumilikdə 6 ədəd “İJ” və “Toz” markalı ov tüfəngləri aşkar edilərək götürülüb.

Onların barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokollar tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR