Bank Of Baku

Kürdəmirdə hamilə qadını qaynı güllələyib - YENİLƏNİB

Kürdəmirdə hamilə qadını qaynı güllələyib  - YENİLƏNİB
# 12 may 2020 09:34 (UTC +04:00)

Kürdəmirdə hamilə qadını qaynı güllələyib. 

APA-nın məlumatına görə, hadisə rayonun Sığırlı kəndində baş verib. 

Kənd sakini Ramo Mövlayev qısqanclıq zəminində qardaşı arvadı Könül İbrahim qızı Mövlayevaya atəş açaraq güllələyib. Qadın Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Hadisəni törədən R. Mövlayev polis tərəfindən saxlanılıb. 

Faktla bağlı Kürdəmir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürmə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, K.Mövlayeva 2 aylıq hamilə olub.

***

22:30

Kürdəmir sakini güllə yarası alıb. 

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Sığırlı kəndində baş verib. 

Könül İbrahim qızı Mövlayeva naməlum şəraitdə güllə yarası alıb. O, Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. 

Həkimlər zərərçəkənin vəziyyətini ağır qiymətləndirirlər. Hadisənin başvermə səbəbi araşdırılır. 

Qeyd edək ki, K.Mövlayeva 2 aylıq hamilədir. 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR