Lənkəranda karantin rejimini pozan iaşə obyektləri cərimələnib

Lənkəranda karantin rejimini pozan iaşə obyektləri cərimələnib
# 15 fevral 2021 09:56 (UTC +04:00)

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən karantin rejim qaydalarının təmin olunması istiqamətində Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, polis əməkdaşları tərəfindən bu istiqamətdə keçirilən növbəti tədbirlər zamanı şəhər ərazisində karantin rejimi qaydalarının pozulduğu çay və kofe xidmətləri göstərilən “Coffee shop” iaşə obyekti və 2 oyun salonu aşkar edilib. Həmin obyektlərlə bağlı 6 şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək cərimə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR