Lənkəranda qadını maşın vuraraq öldürüb

Lənkəranda qadını maşın vuraraq öldürüb
# 10 avqust 2020 13:13 (UTC +04:00)

Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, avqustun 9-da saat 9 radələrində Lənkəran rayonunun Boladi kəndi ərazisində rayon sakini X.Ağayev idarə etdiyi “Daewoo” markalı avtomobillə yolun kənarında dayanmış kənd sakini Moskva Məhərrəmovanı vurub və piyada hadisə yerində ölüb.

Lənkəran ŞRPŞ tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR