Masallıda ölümlə nəticələnən qəza baş verib

Masallıda ölümlə nəticələnən qəza baş verib
# 16 dekabr 2019 11:30 (UTC +04:00)

Masallıda ölümlə nəticələnən qəza baş verib.

APA-nın məlumatına görə, Sumqayıt şəhər sakini Samir Abbasovun idarə etdiyi "Lada 211440" markalı avtomobil yolun hərəkət istiqamətində dayanan "Qaz-31029" markalı minik avtomobilinin sükanı arxasından düşən 1987-ci il təvəllüdlü Ramin Novruzovu vurub.

Nəticədə R. Novruzov hadisə yerində ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR