Mingəçevirdə PPX avtomobili qəzaya uğrayıb - FOTO

Mingəçevirdə PPX avtomobili qəzaya uğrayıb - FOTO
# 01 yanvar 2021 22:11 (UTC +04:00)

Mingəçevirdə yanacaq daşıyan avtomaşın polis avtomobilinə çırpılıb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Heydər Əliyev prospektində, Kür çayı üzərindən keçən nəqliyyat körpüsü yaxınlığında baş verib.

Texniki nasazlıq səbəbindən idarəetmədən çıxan benzindaşıyan "KamAZ" markalı yük maşını yolun kənarında dayanmış vəziyyətdə olan "FIAT" markalı post patrul xidməti avtomobilinə çırpılıb. Polis maşını ciddi zərər görsə də, qəza zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR