Mingəçevirdə karantin qaydalarını pozan kafe aşkar edilib

Mingəçevirdə karantin qaydalarını pozan kafe aşkar edilib
# 12 yanvar 2021 16:30 (UTC +04:00)

Mingəçevirdə xüsusi karantin rejimi qaydalarına zidd olaraq müştərilərə yerində xidmət göstərən kafe aşkar olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı R.Ələkbərovun işlətdiyi kafedə müştərilərə yerində xidmət göstərildiyi məlum olub. İcarədar və müştərilər xüsusi karantin qaydalarını pozduqları üçün Polis Şöbəsinə gətiriliblər. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə cərimə protokolu tərtib edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR