Naftalanda dəm qazından zəhərlənmə baş verib

Naftalanda dəm qazından zəhərlənmə baş verib
# 17 yanvar 2021 22:17 (UTC +04:00)

Naftalanda 20 yaşlı qız dəm qazından zəhərlənib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Naftalan şəhəri, Qurban Namazəliyev küçəsi 47 ünvanında baş verib.

Yaşadığı evdə dəm qazından zəhərlənən 2001-ci il təvəllüdlü şəhər sakini Eyvazzadə Şəlalə Mehman qızı xəstəxanaya yerləşdirilib. Həkimlərin tibbi yardımı nəticəsində zəhərlənən gəncin vəziyyəti stabilləşib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR