Naftalanda itkin düşən şəxs tapılıb

Naftalanda itkin düşən şəxs tapılıb
# 27 noyabr 2020 12:11 (UTC +04:00)

Naftalanda polis əməkdaşları itkin düşən şəxsi taparaq ailəsinə təhvil verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, noyabrın 23-də Naftalan Şəhər Polis Şöbəsinə Qasımbəyli kənd sakini, 19 yaşlı Sahil Əhmədovun həmin gün itkin düşməsi barədə müraciət daxil olub.

Müraciətlə əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və qısa müddətdə S.Əhmədovun yeri müəyyən edilib. O, polis əməkdaşları tərəfindən ailəsinə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR