Narkomaniyayla mübarizəyə dair Dövlət Proqramının icrası müzakirə olunub

Narkomaniyayla mübarizəyə dair Dövlət Proqramının icrası müzakirə olunub
  • Clock-gray 15:44
  • calendar-gray 16 Fevral 2021

Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının videokonfrans formatında bu gün növbəti iclası keçirilib.

Komissiyadan APA-ya bildirilib ki, Baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədovun sədrliyi ilə keçirilmiş iclasda Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı çərçivəsində 2020-ci il ərzində görülən işlər, əldə edilən nəticələr, qarşıda duran vəzifələr müzakirə edilib.

Komissiyanın sədri qarşıda duran vəzifələrin icrası, o cümlədən ixtisaslaşmış beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlığın davam etdirilməsi, qanunvericilik aktlarının təkmilləşdirilməsi, bu sahələr üzrə nəzarətin, müvafiq mövzuda təbliğat-təşviqat məqsədli maarifləndirmə işlərinin gücləndirilməsinə dair tapşırıqlar verib. 

Əsmər Qabil

Digər xəbərlər