Neftçala və Beyləqan sakinlərindən narkotik götürülüb

Neftçala və Beyləqan sakinlərindən narkotik götürülüb
  • Clock-gray 12:30
  • calendar-gray 25 May 2020

Neftçala və Biləsuvar rayonlarında narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitə ilə tutulmuş Bankə qəsəbə sakini F.Allahverdiyevin ətrafında apardıqları əməliyyat tədbiri nəticəsində onun Şorkənd kəndi ərazisində gizlətdiyi yerdən çəkisi 10 kiloqram 150 qram marixuana da aşkar edilib götürülüb.

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə 1 kiloqramdan artıq narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. 

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən xəbərə görə, Biləsuvar RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Beyləqan rayon sakinləri Səyavuş Cuvarlı və əvvəllər məhkum olunmuş Tural Əliyev sonuncunun idarə etdiyi “Mercedes” markalı avtomobildə Biləsuvar rayonu ərazisində saxlanılıblar.  Həmin avtomobilə keçirilən baxış zamanı oradan 1 kiloqram 155 qram narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

 

Səlcuq Elçin

Digər xəbərlər