Oğuzda 3 tondan artıq narkotik vasitə məhv edilib - FOTO

Oğuzda 3 tondan artıq narkotik vasitə məhv edilib - FOTO
# 10 avqust 2020 09:32 (UTC +04:00)

Oğuz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən “Xaş–xaş 2020” əməliyyat-axtarış və profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat tədbirləri nəticəsində rayonun Bayan kəndi ərazisindəki əkin sahəsində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

Bu barədə APA-nın yerli bürosuna Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, ümumi çəkisi 3 180 kiloqram olan 2 650 ədəd çətənə kolu polis əməkdaşları tərəfindən kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Faktla bağlı Oğuz RPŞ-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR