Ötən gün yaşayış yerini tərk edən 28 nəfər koronavirus xəstəsi barəsində cinayət işi başlanıb

Ötən gün yaşayış yerini tərk edən 28 nəfər koronavirus xəstəsi barəsində cinayət işi başlanıb
# 17 dekabr 2020 13:46 (UTC +04:00)

COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dekabrın 16-də polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən respublika ərazisində ictimai yerlərdə yaşayış yerlərini tərk edən 47 aktiv koronavirus xəstəsi müəyyən olunaraq saxlanılıb. Onlardan 42 nəfər yaşadıqları evə qaytarılıb, 5 nəfərin xəstəxanaya yerləşdirilib.

28 nəfər barəsində qanunvericiliyə uyğun olaraq cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR