Paytaxtda iki nəfəri avtomobil vurub

Paytaxtda iki nəfəri avtomobil vurub
# 11 noyabr 2020 03:48 (UTC +04:00)

Bakının Binəqədi və Səbail rayonlarının ərazisində yol-nəqliyyat hadisələri qeydə alınıb.

APA xəbər verir ki, Bakı Beynəlxalq Avtovağzalının qarşısında piyada vurulub. Binəqədi rayonu Biləcəri qəsəbəsi ərazisində piyada üçün yoldan istifadə edən 1988-ci il təvəllüdlü Fərhadov Elçin Fərrux oğlunu avtomobil vurub.

Analoji hadisə Səbail rayonu, Neftçilər prospektində də qeydə alınıb. 2009-cu il təvəllüdlü Əlizadə Turan Vaqif oğlu piyada üçün müəyyən edilməmiş hissədən keçərkən onu minik avtomobili vurub.

Yol qəzaları zamanı xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR