Polis 3 rayonda əməliyyat keçirib, qanunsuz odlu silahlar götürülüb

Polis 3 rayonda əməliyyat keçirib, qanunsuz odlu silahlar götürülüb
# 24 mart 2021 13:44 (UTC +04:00)

Polis 3 rayonda əməliyyat keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, keçirilən əməliyyatlarla Qusar rayonu Xurel kənd sakini İ.Şıxzadayevdan müvafiq sənədləri olmayan 1 ədəd “İJ” markalı tüfəng, Hacıqabul rayonunun 2-ci Udulu kənd sakini N.Yəhyayevdən 1 ədəd “TOZ-16” markalı tüfəng, Sabirabad rayon sakini V.Qurbanovdan isə 1 ədəd ov tüfəngi götürülüb.

Hər üç faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR