Quba sakini Goranboyda dəm qazında boğularaq ölüb

Quba sakini Goranboyda dəm qazında boğularaq ölüb
# 29 dekabr 2020 14:37 (UTC +04:00)

Goranboyda dəm qazından zəhərlənmə faktı qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Aşağı Ağcakənd kəndində qeydə alınıb. Quba rayon sakini, 1994-cü il təvəllüdlü Əzizov Şəhriyar Hüseynbala oğlu hamamda dəm qazından zəhərlənib. Dərhal xəstəxanaya aparılan Ş.Əzizovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR