Qubada dağlıq ərazidə yanğın olub - YENİLƏNİB

Qubada dağlıq ərazidə yanğın olub - YENİLƏNİB
# 07 sentyabr 2020 13:06 (UTC +04:00)

Quba rayonunun Muçu kəndində həyətyanı sahədə 15 ton ot bağlamasının 10 tonu yanıb.

APA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

10.27

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Quba rayonunun Muçu kəndində (rayon mərkəzindən 83 kilometr aralı, mürəkkəb relyefli dağlıq ərazi) həyətyanı sahədə ot tayalarının yanması barədə məlumat daxil olub.

APA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğın baş verdiyi əraziyə cəlb olunub.

Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR