Qubada iki avtomobil toqquşub, 2 nəfər xəsarət alıb

Qubada iki avtomobil toqquşub, 2 nəfər xəsarət alıb
# 17 dekabr 2020 14:41 (UTC +04:00)

Qubada 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən APA-ya bildirilib ki, Böhran Vəziyyətlərdə İdarəetmə Mərkəzinə Quba rayonu ərazisində “Opel” və “LADA” markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan hər iki sürücünü deformasiyaya uğrayan nəqliyyat vasitələrindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR