Rusiyada axtarışda olan şəxs Azərbaycanda tutulub

Rusiyada axtarışda olan şəxs Azərbaycanda tutulub
# 21 dekabr 2019 13:53 (UTC +04:00)

Bakıda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Abdurəhmanov tutulub.

Şəxsi axtarış zamanı ondan 7 qramdan artıq heroin aşkar edilərək götürülüb.

Araşdırmalarla onun Rusiya Federasiyası Cinayət Mətcəlləsinin 158-ci (oğurluq) maddəsi ilə axtarışda olması da müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR