Rusiyada qətl törədən şəxs Bakıda tutulub - RƏSMİ

Rusiyada qətl törədən şəxs Bakıda tutulub - RƏSMİ
  • Clock-gray 12:40
  • calendar-gray 03 Fevral 2020

Rusiyada axtarışda olan şəxs Azərbaycanda tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyasında Cinayət Məcəlləsinin 105-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olan E.Məmmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 1 ədəd ov bıçağı aşkar edilib.

Davam etdirilən tədbirlərlə onun tanışı K.Babayevin Suraxanı rayonu ərazisində yaşadığı evdə gizlətdiyi nömrəsi silinmiş, qundağı və lüləsi kəsilmiş “İJ-58 M” markalı tüfəng və 4 ədəd patron da aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

 

Əcəmi Əsədulla

Digər xəbərlər

Arxiv

date