Saatlıda həmyerlisini bıçaqlayan şəxs tutulub

Saatlıda həmyerlisini bıçaqlayan şəxs tutulub
# 06 aprel 2020 16:34 (UTC +04:00)

Saatlıda həmyerlisini bıçaqlayan şəxs saxlanılıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, əvvəllər məhkum olunmuş Qıraqlı kənd sakini, 1992-ci il təvəllüdlü Qasımov Nurlan Alim oğlu Saatlı polisi tərəfindən tutulub.

Qeyd edək ki, adı çəkilən şəxs aprelin 4-də səhər saatlarında Saatlının Mustafabəyli kənd sakini, 1982-ci il təvəllüdlü Zeynalov Asim Gülmalı oğlunu qarın nahiyəsindən bıçaqlayıb. Sonuncu qarın boşluğunu dəlib keçən yara ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR