Sabirabadda avtomobil piyadanı vuraraq öldürüb

Sabirabadda avtomobil piyadanı vuraraq öldürüb
# 04 yanvar 2020 23:34 (UTC +04:00)

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

APA-nın mil-muğan bürosunun məlumatına görə, hadisə axşam saatlarında Sabirabad şəhərində qeydə alınıb.

“VAZ 21015” markalı 90 XE 122 dövlət nömrə nişanlı avtomobil yolu keçmək istəyən rayonunun Kürkənd sakini, 1983-cü il təvəllüdlü Vəliyev Müşviq Tarverdi oğlunu vurub. O aldığı xəsarətlərdən xəstəxanaya gətirilərkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR