Sabirabadda piyadanı avtomobil vurub

Sabirabadda piyadanı avtomobil vurub
# 15 dekabr 2020 01:00 (UTC +04:00)

Sabirabadda 37 yaşlı kişini avtomobil vurub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad rayonunun Dadaşbəyli kəndində qeydə alınıb.

“Ford” markalı yüş avtomobili yolu keçən həmin kəndin sakini - 1983-cü il təvəllüdlü Mustafayev Yadigar Tahir oğlunu vurub. Piyada ağır kəllə-beyin travması alaraq Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR