Sabirabadda qohumunu qətlə yetirən şəxs saxlanılıb - YENİLƏNİB

Sabirabadda qohumunu qətlə yetirən şəxs saxlanılıb - YENİLƏNİB
  • Clock-gray 00:24
  • calendar-gray 11 Dekabr 2020

Sabirabad rayonunda qətl törədən şəxs saxlanılıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, cinayətdə şübhəli bilinən Sabirabad rayonunun Qaragüney kənd sakini, 1998-ci il təvəllüdlü Muradov İftixar İfram oğlu saxlanılaraq istintaqa cəlb edilib.

Faktla bağlı cinayət işi başlanılıb.

***

Saat 22:08

Sabirabad rayonunda qətl törədilib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, qətl saat 22:00 radələrində rayonun Qaragüney kəndində baş verib.

Həmin kəndin sakini, 1994-cü il təvəllüdlü Nuruşov Sakit Elşad oğlu əmisinin 22 yaşlı nəvəsi tərəfindən ürək nahiyəsindən bıçaqlanaraq qətlə yetirilib. Ölən şəxsin meyiti müayinə olunması üçün məhkəmə tibb ekspertizasına yerləşdirilib.

Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.

Əlibəy Zeynallı

Digər xəbərlər