Sabirabadda yolu keçən piyadanı maşın vuraraq öldürüb

Sabirabadda yolu keçən piyadanı maşın vuraraq öldürüb
# 03 avqust 2020 13:06 (UTC +04:00)

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, avqustun 1-də saat 18 radələrində Sabirabad rayonunun Qarağac kəndi ərazisində Yeni Noxudlu kənd sakini F.Əhmədov idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolu keçən kənd sakini Rəhim Rəhimovu vurub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Sabirabad RPŞ tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR