Şabranda yaşayış evi yanıb, xəsarət alanlar var - YENİLƏNİB

Şabranda yaşayış evi yanıb, xəsarət alanlar var - YENİLƏNİB
# 10 mart 2021 15:47 (UTC +04:00)

Şabranda yaşayış evində baş verən yanğın söndürülüb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, 1943-cü il təvəllüdlü Baləli Həsənova məxsus ümumi sahəsi 180 kvadratmetr olan evin yanması nəticəsində 1965-ci il təvəllüdlü Həsənova Gövhər Mirzə qızı, 1996-cı il təvəllüdlü Həsənova Aytac Dilavər qızı və 1990-cı il təvəllüdlü Həsənov Elmir Baləli oğlu xəsarət alıb.

Hadisənin səbəbləri araşdırılır.

***

saat 15:23

Şabran rayonunda yaşayış evində yanğın baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, rayonun Şahnəzərli kəndində fərdi yaşayış evində qeydə alınan yanğın hazırda davam edir.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Şabran Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub. Alovun söndürülməsi istiqamətində işlər davam etdirilir.

Yanğın nəticəsində 1965-ci il təvəllüdlü Gövhər Həsənova və daha iki nəfər yanıq xəsarətləri alıb.

Yaralılar Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR