Salyanda qanunsuz ov edən şəxslər saxlanılıb

Salyanda qanunsuz ov edən şəxslər saxlanılıb
# 09 yanvar 2021 13:15 (UTC +04:00)

Salyanda qanunsuz ov edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yanvarın 8-də Salyan rayonunun Düzənlik kəndi ərazisində qanunsuz ov edən kənd sakinləri E. Xəlilov və A. Əliyev rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Onlardan müvafiq sənədləri olmayan 2 ədəd “TOZ-16” markalı ov tüfəngləri götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR