Şamaxıda avtomobil divara çırpılıb, xəsarət alanlar var - FOTO

Şamaxıda avtomobil divara çırpılıb, xəsarət alanlar var - FOTO
# 11 yanvar 2021 10:55 (UTC +04:00)

Şamaxı rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə bu gün səhər saat 9:30 radələrində Şamaxı-Mədrəsə yolunda hərəkətdə olan 10 NM 465 dövlət nömrə nişanlı, "Mercedes" markalı minik avtomobili yoldan çıxaraq divara çırpılıb.

Hadisə zamanı avtomobildə olan Mədrəsə kənd sakinləri - 1979-cu il təvəllüdlü Paşayev Anar Paşa oğlu, 1983-cü il təvəllüdlü Rəfiyev İlkin Gülağa oğlu və 2002-ci il təvəllüdlü Nəzərov Oruc Tələt oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR